• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Ümummilli Liderin əziz xatirəsi İstanbulda anıldı

Dekabrın 12-də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 16-cı ildönümü ilə əlaqədar Ulu Öndərin İstanbulun Sarıyer rayonundakı Heydər Əliyev Parkında ucaldılan abidəsi ziyarət olundu.

Tədbirdə Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev, İstanbulun Sarıyer bələdiyyəsinin sədri Şükrü Genc, Sarıyer Bələdiyyəsinin və konsulluğun əməkdaşları, diplomatlar, rəsmi şəxslər, ziyalılar, Türkiyədə fəaliyyət göstərən Azərbaycanın dövlət təşkilatlarının, KİV-lərin və QHT-lərin nümayəndələri iştirak etdilər.

Ulu Öndərin xatirəsi ehtiramla yad edildi, abidəsi önünə əklillər və gül dəstələri düzüldü.