• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Nur-Sultanda 14-cü beynəlxalq görüş keçirildi

Qazaxıstan paytaxtı Nur-Sultanda Astana prosesi çərçivəsində Suriya böhranı ilə bağlı 14-cü beynəlxalq görüş keçirildi.

İkigünlük görüşdə zəmanətçi ölkələr - Türkiyə, Rusiya və İran arasında ikitərəfli və üçtərəfli danışıqlar aparıldı. Həmçinin müşahidəçi ölkələrin nümayəndələri ilə də görüşlər təşkil edildi. Üçtərəfli danışıqlarda Suriyada gedən vətəndaş müharibəsinin daimi həlli yolları müzakirə olundu, müharibədən sonrakı konstitusiya, siyasi keçid, təhlükəsizlik və qaçqınların yenidən yerləşdirilməsi, girovların azad edilməsi məsələləri üzrə danışıqlar aparıldı.