• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Neft hasilatı azalmağa doğru gedir.

Noyabrda Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) üzrə sutkalıq xam neft hasilatı azaldılmışdır.

Bu barədə OPEC-in aylıq hesabatında deyilir. Bildirilir ki, ötən ay OPEC-in neft istehsalı oktyabr ayı ilə müqayisədə 193 min barrel geriləyərək gündəlik 29 milyon 550 min barrel təşkil etmişdir. OPEC-in dünya neft hasilatındakı payı isə 29,6 faiz olmuşdur.

Keçən ay OPEC-ə üzv ölkələrdən neft istehsalını ən çox Ekvador, Küveyt və Liviya artırmışdır. Ekvadorda gündəlik istehsal 73 min barrel artaraq 530 min barrel olmuşdur. Küveytin sutkalıq hasilatı 58 min barrel çoxalaraq 2 milyon 705 min barrelə çatmışdır. Liviyada isə neft istehsalı 23 min barrel artaraq sutkada 1 milyon 188 min barrelə yüksəlmişdir.

Noyabrda kartelə üzv ölkələrdə neft istehsalı ən çox Səudiyyə Ərəbistanı, Anqola və İraqda azalmışdır. Səudiyyə Ərəbistanının gündəlik hasilatı 151 min barrel azalaraq 9 milyon 850 min barrelə düşmüşdür. Anqolada istehsal 75 min barrel geriləyərək sutkada 1 milyon 284 min barrel təşkil etmişdir. İraqda isə hasilat 59 min barrel azalaraq 4 milyon 639 min barrel olmuşdur.