• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Almanların Azərbaycanda məskunlaşmasının 200 illiyinə həsr olunan beynəlxalq konfrans keçirildi

Dekabrın 11-də Prezident İlham Əliyevin “Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında” Sərəncamına uyğun olaraq, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda “Tarixin izi ilə” adlı beynəlxalq elmi konfrans keçirildi.

Almanların Azərbaycanda məskunlaşmasının 200 illiyinə həsr olunan beynəlxalq konfransın təşkilatçıları Tarix İnstitutu və Alman-Azərbaycan Cəmiyyətidir. Konfransa Azərbaycan tarixçiləri ilə yanaşı, Türkiyə, Almaniya, Rusiya, Gürcüstan və Özbəkistandan olan alimlər də məruzələrini təqdim etdilər.