• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Enerji Xartiyası Konfransının 30-cu iclası keçirildi

Enerji Xartiyası Konfransının Brüsseldə keçirilən 30-cu iclasında Azərbaycanı Energetika nazirinin müavini Samir Vəliyev təmsil etdi.

 Nazir müavini “Sosial-iqtisadi, ətraf mühit və enerji hədəflərinə nail olmaq üçün biznes mühitinin yaxşılaşdırılması” adlı sessiyada çıxış etdi. S.Vəliyev bildirdi ki, xarici investisiyaların ölkə iqtisadiyyatına cəlb edilməsi və bu məqsədlə əlverişli mühitin yaradılması Azərbaycan dövlətinin iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Bu strategiyanın uğurla reallaşdırılması sayəsində müstəqillik illərində investisiyaların həcmi 270 milyard ABŞ dolları olmuşdur.