• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

İordaniya və Azərbaycan əlaqələri

İordaniyanın “Petra” Dövlət İnformasiya Agentliyində, eləcə də “əl-Ğad” hökumət qəzetində, habelə geniş oxucu auditoriyasına malik www.orobanews.comwww.ammonnews.net və s. xəbər portallarında Azərbaycanın bu ölkədəki səfiri Rasim Rzayevin məqaləsi dərc edilmişdir.

Məqalədə diplomat Azərbaycan-İordaniya əlaqələrinə nəzər salır, ölkələrimizin dost və tərəfdaş olduğunu vurğulayır. Qeyd edir ki, Azərbaycan ilə İordaniya beynəlxalq təşkilatlarda biri-birinə dəstəkləyir, bu iki ölkə arasındakı münasibətlər illərlə davam edən əməkdaşlığa və fəal siyasi dialoqa əsaslanır.