• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

İstanbulda İƏT-in konfransı keçirildi

İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) sosial inkişaf üzrə ilk Nazirlər Konfransı keçirildi. Konfransda Azərbaycan Respublikası tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimlinin başçılıq etdiyi nümayəndə heyəti iştirak etdi.

 İƏT-ə üzv dövlətlərdən 30-dan çox dövlətin və beynəlxalq təşkilatların yüksək səviyyəli rəsmilərinin iştirak etdiyi konfransın plenar iclasında Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edərək İƏT-in sosial inkişaf üzrə ilk Nazirlər Konfransının əhəmiyyətini vurğuladı. O, İƏT-ə həmin tədbirin təşkilində və təşkilata üzv olan dövlətlərə tədbirdə nümayəndələri ilə təmsil edildiklərinə görə minnətdarlığını bildirdi, onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı.

Konfransın məqsədi İƏT-ə üzv dövlətlərlə və tərəfdaş qurumlarla ailələrin, uşaqların rifahının, yaşlıların, əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsini, bu sahədə əldə edilən irəliləyişləri, o cümlədən müsəlman dünyasında sosial inkişafın qarşısında duran əsas maneələri və çətinlikləri müzakirə etməkdən ibarət idi.