• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Bakıda konfrans keçirildi

Dekabrın 11-də Bakıda Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi və Koreya Respublikasının Statistika Komitəsinin (KOSTAT) birgə təşkilatçılığı ilə “Rəsmi statistik məlumatların istehsalında İKT və kadr potensialının gücləndirilməsi” mövzusunda konfrans keçirildi.

Konfrans iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoydular.

Konfransda Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov, KOSTAT-ın sədri Şin-Vuk Kanq, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə, Koreya Respublikasının Azərbaycandakı səfiri Kim Tonq Op açılış nitqi ilə çıxış etdilər.

Qeyd olundu ki, Dövlət Statistika Komitəsi ilə KOSTAT arasında 2018-2019-cu illərdə Azərbaycanda statistika potensialının gücləndirilməsi ilə bağlı 2 layihə həyata keçirilmişdir. Birinci layihə çərçivəsində Dövlət Statistika Komitəsinin statistika və informasiya texnologiyaları üzrə cari vəziyyəti və ehtiyacları təhlil edilmiş, komitədə 2 ədəd server avadanlığı quraşdırılmış, rəsmi statistika məlumatlarının yayımı sahəsində beynəlxalq səviyyədə tətbiq olunan standartlara uyğun üslubda, istifadəçiyönümlü “Azərbaycanın Statistik İnformasiya Xidməti – ASİS” statistik məlumatların yayım sistemi hazırlanaraq istifadəyə verilmişdir. İkinci layihə hesabına isə Komitədə müasir informasiya texnologiyaları avadanlıqları ilə təchiz edilmiş 31 yerlik təlim otağı yaradılmış, iqtisadi və sosial statistika sahəsində KOSTAT-ın təcrübəsi ilə tanış olmaq üçün Statistika Komitəsinin 34 əməkdaşına Koreya Respublikasında, 50-dən çox əməkdaşına Azərbaycanda təlimlər keçilmiş, eyni zamanda, ölkəmiz üçün statistikanın müxtəlif sahələrinə dair modul tipli təlim proqramları işlənib hazırlanmışdır.