• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Yeni Azərbaycan Partiyasının nümayəndələri Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdilər

Dekabrın 11-də Yeni Azərbaycan Partiyasının nümayəndələri müasir müstəqil dövlətimizin memarı və qurucusu, xalqımızın ulu öndəri Heydər Əliyevin vəfatının 16-cı ildönümü ilə əlaqədar Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini yad edib, məzarı önünə əklil və gül dəstələri qoydular.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anıldı, məzarı üzərinə tər güllər düzüldü.