• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

İordaniyanın Kralı II Abdullah Azərbaycana rəsmi səfərə gəldi

Iordaniya Haşimilər Krallığının Kralı Əlahəzrət II Abdullah ibn Al Hüseyn dekabrın 10-da Azərbaycan Respublikasına rəsmi səfərə gəldi.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda İordaniya Kralının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

İordaniya Kralı II Abdullah ibn Al Hüseyni hava limanında Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini Yaqub Eyyubov, Xarici İşlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşıladılar.