• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Özbəkistanın Termez şəhərində yaradılan Təhsil Mərkəzində Əfqanıstan üçün kadrlar hazırlanır

Özbəkistanın Termez şəhərində yaradılan Təhsil Mərkəzində Əfqanıstan üçün savadlı kadrlar hazırlanır.

Mərkəzdə əfqan tələbələr üçün 18 ali, 19 orta ixtisas proqramı üzrə modullaşdırılmış tədris planları həyata keçirilmişdir. Gənclərin seçdikləri ixtisaslara dərindən yiyələnmələri üçün onlara Özbəkistanın nüfuzlu ali məktəblərinin professorları və müəllimləri dərs deyir. Mərkəz “Elektron təhsil” sisteminə qoşulmuşdur.

Bu il müxtəlif ixtisaslar üzrə 96 gənc Daşkənddəki Əlişir Nəvai adına Özbək Dili və Ədəbiyyatı Universitetinin diplomlarını alaraq Əfqanıstana geri dönmüşdür.

Onlar Əfqanıstanın müxtəlif regionlarında çalışırlar. Tələbələrin beşi isə Termez Dövlət Universitetində magistr təhsili alır.