• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Azərbaycan taekvondoçuları Avropa birinciliyində yeddi medal qazandılar

Almaniyada uşaq taekvondoçular arasında keçirilən Avropa birinciliyinə yekun vuruldu.

Yarışların sonuncu günündə daha iki taekvondoçumuz mükafatçılar sırasında yer almışdır. Yarışa qatılan Elmira Bayrak (22 kq, Sumqayıt, “Təhsil”) və Süleyman Həsənov (24 kq, Gədəbəy “Gənclər İdman Klubu”) bürünc medal qazandılar.

Turnirin birinci günündə “Ümid” taekvondo klubunun yetirməsi Mehdi Budaqlı (27 kq) qızıl medala, Aydın Süleymanov (32 kq, Sumqayıt “Təhsil”), Mürşüd Qasımov (39 kq, “Əmin”), Tamerlan Yaqubov (29 kq, FHN) gümüş, Fərdi Quşxani (35 kq, “Ümid”) isə bürünc medallara sahib oldular.

Taekvondoçularımız məşqçi-müəllimlərdən İlkin Şahbazov, Rəşad Məmmədov, Beyrək Bağırov və Ziya Qasımovun rəhbərliyi ilə mübarizə apardılar.

Beləliklə, yarışda 10 idmançı ilə mübarizə aparan idmançılarımız 7 medala sahib oldular.