• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Qırğızıstanda keçiriləcək beynəlxalq film festivalında Azərbaycan da iştirak edəcək

Dekabrın 12-dən 15-dək Bişkekdə “Qırğızıstan-qısametrajlı filmlər ölkəsi” adlı ənənəvi beynəlxalq film festivalı keçiriləcək.

Paytaxtın “Manas” kinoteatrında baş tutacaq festivalda Müstəqil Dövlətlər Birliyinin (MDB), Baltikyanı ölkələrin və Gürcüstanın kinematoqrafçıları iştirak edəcək.

Builki festivalda iştirakla bağlı uzaq xarici dövlətlər və MDB ölkələrindən çoxlu müraciət daxil olunmuşdur. Nümayiş üçün 14 xarici, 17 milli film seçilmişdir.

Seçilən filmlərin arasında Azərbaycan rejissoru Teymur Hacıyevin “Duz, istiot zövqə görə” filmi də var.

Dekabrın 15-də “Ən yaxşı film”, “Ən yaxşı rejissor işi”, “Münsiflər heyətinin xüsusi prizi” və “Tamaşaçı simpatiyası prizi” nominasiyalarında qaliblər elan olunacaq.