• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Bağdadın hava limanına raket hücumu oldu

Ötən gecə Bağdadın beynəlxalq hava limanına raket hücumu oldu.

Hava limanının yaxınlığındakı əraziyə 5 raket düşməsi nəticəsində 1 nəfər öldü, 5 nəfər xəsarət aldı. Yerli saytlar yazırlar ki, Bağdadın beynəlxalq hava limanının yaxınlığında ABŞ-ın hərbi bazaları yerləşir. Terrorçuların məqsədi hava limanını yox, ABŞ hərbi bazasını vurmaq olmuşdur. Lakin qaranlıq, hədəfi dəqiq müəyyənləşdirməyə imkan verməmişdir. İraqın təhlükəsizlik qüvvələri faktla bağlı araşdırma aparırlar.