• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

İstanbulda İslam Əməkdaşlıq Təşkilatının Dövlət və Özəl Sektorlar Nümayəndələrinin İnvestisiya Konfransı keçirildi

Dekabrın 8-də İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Dövlət və Özəl Sektorlar Nümayəndələrinin İnvestisiya Konfransı keçirildi.

 İstanbul Konfrans mərkəzində reallaşan tədbirdə çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ən varlı və kasıb islam ölkələri arasında gəlir fərqinin 200 dəfədən çox olduğunu bildirdi. Türkiyə Prezidenti İƏT-ə üzv ölkələrin əhalisinin 21 faizinin, yəni 350 milyondan çox müsəlmanın yoxsulluqla üz-üzə qaldığını qeyd etdi.

Turizm sahəsindəki inkişaf barədə məlumat verən R.T.Ərdoğan bu il Türkiyəyə 46 milyondan çox xarici vətəndaşın gəldiyini və bununla Türkiyənin dünyanın ən çox turist qəbul edən altıncı ölkə olduğunu diqqətə çatdırdı. Bu sahədə inkişafın hər il artdığını deyən ölkə başçısı gələn il üçün Türkiyənin turist hədəfinin 50 milyondan çox olduğunu vurğuladı.

Qeyd edək ki, ölkəmiz konfransda İqtisadiyyat nazirinin müavini Sahib Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti ilə təmsil olunmuşdur.