• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Kiyevdə GUAM-a üzv ölkələrin hökumət başçılarının görüşü keçiriləcək

Dekabrın 12-də Ukraynanın paytaxtı Kiyev şəhərində GUAM-a üzv ölkələrin hökumət başçılarının görüşü keçiriləcək.

 Görüşdə Azərbaycanı Baş Nazirin müavini Əli Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək.

Ukrayna, Gürcüstan və Moldovanın Baş nazirlərinin iştirak edəcəyi görüşdə 2020-ci ildə Azərbaycanın quruma sədrliyi dövründə həyata keçiriləcək layihələr, GUAM-ın səmərəliliyinin yüksəldilməsi, təşkilat üzvləri arasında əməkdaşlığın iqtisadi tərəfinin inkişafı müzakirə ediləcək.