• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Banqladeşdə qatar relsdən çıxıb: 5 nəfər ölüb, 100-dən çox insan yaralanıb

Banqladeşdə qatarın relsdən çıxaraq aşması nəticəsində ən azı 5 nəfər ölüb, 100-dən çox sərnişin yaralanıb. Yaralıların 20-nin vəziyyəti ağır qiymətləndirilir.

Silhet şəhərindən paytaxt Dəkkəyə gedən qatar Kulaura rayonunda Baramçal dəmir yolu stansiyasının yaxınlığında yerləşən su kanalının üzərindəki körpüdən keçərkən relsdən çıxıb. Nəticədə 5 vaqonlu qatarın 2 vaqonu kanala düşüb.

Hazırda ərazidə xilasedicilər axtarış işləri aparırlar. Ölü və yaralı sayının çoxalmaq ehtimalı böyükdür.