• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

İran İsveçrə səfirinə etiraz notası təqdim etdi

ABŞ-ın İrandakı maraqlarını təmsil edən İsveçrə səfiri Markus Laytner Xarici İşlər Nazirliyinə çağırılmış və ona etiraz notası təqdim olunmuşdur.

Rəsmi Tehran ABŞ-ın İranın daxili işlərinə qarışmasının yolverilməz olduğunu bildirdi.

Noyabrın 16-da İranda baş verən etiraz aksiyaları zamanı ABŞ-ın dövlət katibi Mayk Pompeo və İran problemi üzrə xüsusi nümayəndəsi Brayan Huk İran xalqının rəsmi Vaşinqton tərəfindən dəstəkləndiyini bəyan etdi. İcazəsiz aksiyalar zamanı banklar və ticarət mərkəzləri yandırılaraq dağıdıldı. Bu hərəkətlərin ABŞ tərəfindən dəstəklənməsi rəsmi Tehranın etirazına səbəb olmuşdur. Xarici İşlər Nazirliyi qarşılıqlı razılaşmaya əsasən İranda ABŞ-ın maraqlarını təmsil edən İsveçrənin səfirinə etiraz notası təqdim etdi.

Səfir Markus Laytner etiraz notasını ABŞ tərəfə çatdıracağını bildirdi.