• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Bakıda “Xəzər İnnovasiya Konfransı 2019” keçiriləcək

Dekabrın 4-də Bakıda “Xəzər İnnovasiya Konfransı 2019” keçiriləcək.

Konfransın “Əşyaların interneti: müasir cəmiyyətin əsası” mövzusunda təşkili planlaşdırılır. Konfransda “Əşyaların interneti” üzrə həllərin inkişaf modelləri, habelə infrastruktur, sənaye və kənd təsərrüfatı kimi müxtəlif sahələrdə bu həllərin tətbiqi və istifadəsi üçün hüquqi və tənzimləmə məsələləri müzakirə olunacaq.

“Xəzər İnnovasiya Konfransı 2019”un təşkilatçıları plenar sessiyalar çərçivəsində baş tutacaq müzakirələr üçün müxtəlif dövlətlərin hökumət rəsmilərini, tənzimləyici qurumların rəhbərlərini, mobil operatorların, qlobal vendorların və beynəlxalq təşkilatların nümayəndələrini bir araya gətirəcək.