• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

AZAL “Dubai Air Show 2019” sərgisində bir sıra önəmli razılaşmaları imzaladı

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ən böyük şəhəri Dubayda dünyanın ən nüfuzlu və əlamətdar aviakosmik tədbirlərindən biri olan illik “Dubai Air Show 2019” aviasalonu və sərgisi keçirilir. Sərgiyə aviasiyanın müxtəlif sahələrindən olan şirkətlərin təmsil etdiyi 60-dan çox ölkə qatılmışdır. Sərgidə “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) vitse-prezidenti Eldar Hacıyevin başçılıq etdiyi nümayəndə heyəti də iştirak edir.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən bildirildi ki, Azərbaycan nümayəndə heyəti “Boeing” şirkətinin rəhbərliyi ilə uzaq magistrallı “Boeing 787 Dreamliner” təyyarələrinin təchizatı ilə bağlı görüşmüşdür. Bu tipli 2 təyyarə Azərbaycanın milli aviadaşıyıcısı tərəfindən artıq istifadə olunmaqdadır.