• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

MDB vergi xidmətləri rəhbərlərinin Əlaqələndirmə Şurasının növbəti iclası Bakıda keçiriləcək

Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov 2020-ci il üçün MDB vergi xidmətləri rəhbərlərinin Əlaqələndirmə Şurasının sədri seçildi. Şuranın növbəti iclasının Bakıda keçirilməsi barədə qərar qəbul edildi.

Noyabrın 20-də Moskvada MDB vergi xidmətləri rəhbərlərinin Əlaqələndirmə Şurasının XXVI iclası keçirilmişdir. İclasda Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərliyi ilə nümayəndə heyəti iştirak etmişdir.

Rusiya Federal Vergi Xidmətinin sədrliyi ilə keçən iclas “Rəqəmsal iqtisadiyyatın MDB ölkələrində vergi sisteminin inkişafına təsiri, vergi inzibatçılığında elektron servislər və onların rəqəmsal çatdırılma kanalları” mövzusuna həsr olunmuşdur.