• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Nümayəndələr Palatası ABŞ-la bağlı qanun layihəsini qəbul etdi

Noyabrın 19-da Nümayəndələr Palatası federal agentliklərin xərclərinin qısamüddətli maliyyələşdirilməsi haqqında qanun layihəsini qəbul etdi. Bu qanun federal agentliklərin işini daha bir ay davam etdirməyə imkan verəcək. Qanun layihəsinin müəllifləri ümid edirlər ki, bu əlavə vaxt ərzində respublikaçılar və demokratlar növbəti maliyyə ilində 1,4 trilyon dollar məbləğində təxsisatların bölgüsü məsələsi barədə bir-biri ilə razılığa gələ biləcəklər.

Bu qanun layihəsi Şükranlıq Günündə hökumətin bağlanmasının qarşısını almışdır, amma əgər tərəflər razılığa gələ bilməsələr, Milad ərəfəsində hökumətin işi dayandırıla bilər. Konqresin 231 üzvü qanun layihəsinin qəbul edilməsinin lehinə, 192 üzvü bunun əleyhinə səs vermişdir. Sənəd Senata göndərilmişdir. Ehtimal ki, cümə axşamı qanun layihəsi Senat tərəfindən qəbul ediləcək və sonra Prezident Tramp tərəfindən imzalanacaq.