• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Əli Rəbbi: İranda ictimai-siyasi vəziyyət normal məcraya dönür

İran haqqında yayılan yalan məlumatlara baxmayaraq, ölkədə həyat normal məcraya dönür.

Bu sözləri İran hökumətinin rəsmi nümayəndəsi Əli Rəbbi demişdir.

Onun sözlərinə görə Qərb mətbuatının kütləvi etirazların davam etməsi və polislə qarşıdurmada ölənlərin sayının artması haqqındakı xəbərləri həqiqəti əks etdirmir. Artıq Tehranda və digər böyük şəhərlərdə ictimai-siyasi sabitlik bərpa olunur. Hökumət etirazları nəzərə alaraq əhaliyə benzinin qiymətinin qalxmasına görə kompensasiya verilməsi üzərində iş aparır. Yaxın günlərdə İranda internetə tətbiq olunan məhdudiyyətlər aradan qaldırılacaq.