• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Sofiyada QDİƏT Parlament Məclisinin iclasları keçirilir

Milli Məclisin deputatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisində (QDİƏT PM) Azərbaycan nümayəndə heyətinin rəhbəri Eldar Quliyev və onun rəhbərlik etdiyi milli nümayəndə heyətinin üzvləri Bolqarıstanda bu qurumun 61-ci büro və daimi komitənin iclaslarında, həmçinin Baş Assambleyasının 54-cü plenar iclasında iştirak etmək üçün Sofiyada səfərdədirlər.

QDİƏT PM-nin Baş Assambleyasının işçi qrupunun, 61-ci büro və daimi komitənin iclasları keçirildi. Bolqarıstan Parlamentinin spikerinin sədrliyi ilə keçirilən iclaslarda nümayəndə heyətimizin rəhbəri Eldar Quliyev çıxış etdi. O, eyni zamanda, reqlament üzrə işçi qrupa da rəhbərlik etmişdir.