• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Maliyyə Bazarlarına Nəzarət Palatası “Sinqapur Fintech Festival x Switch” tədbirində iştirak etdi

Bankların rəqəmsal transformasiyasının sürətləndirilməsi, rəqəmsal bankçılıq xidmətlərinin klassik bankçılıq xidmətləri paketinə daxil edilməsi, habelə ölkədə maliyyə inklüzivliyinin gücləndirilməsi çərçivəsində Maliyyə Bazarlarına Nəzarət Palatasının nümayəndə heyəti Beynəlxalq Maliyyə Korporasiyası ilə qarşılıqlı əməkdaşlıq əsasında “Sinqapur Fintech Festival x Switch” tədbirində iştirak etmişlər.

Ümumilikdə 134 ölkədən 60 min nümayəndənin qeydiyyatdan keçdiyi tədbirdə qabaqcıl istehsalat, mühəndislik kimi sahələrlə yanaşı, əsasən rəqəmsal iqtisadiyyat və rəqəmsal ödənişlər, pulköçürmələri, kriptovalyuta və blokçeyn texnologiyası, açıq bankçılıq yanaşması və “sandbox” rejimi, habelə fintexlər və onların fəaliyyətinin genişləndirilməsi kimi mövzulara toxunuldu. Festival çərçivəsində maliyyə bazarları sahəsində tənzimləyici və nəzarət qurumları ilə özəl sektorun bir araya gələrək yenilikləri geniş ictimaiyyətə açıqlamaları, qlobal ödəniş ekosistemində son innovasiyalarla tanış olma imkanının yaradılması, fintexlər və startaplar tərəfindən yeni məhsul və xidmətlərin təqdim edilməsi iştirakçıların böyük marağına səbəb oldu.