• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Livan bankları hesablardan nağd pul çıxarılmasını məhdudlaşdırdı

Livan bankları siyasi proseslərlə bağlı yaranan fasilədən sonra işini bərpa etdi və hesablardan xarici valyuta çıxarılmasını həftədə 1000 dollara qədər məhdudlaşdırdı.

 Livan Bankları Assosiasiyasının məlumatına görə, bu tədbirlər müvəqqəti xarakter daşıyır. Vəsaitin xaricə köçürülməsinə də istisna hallarda icazə veriləcək. Xaricdən pul köçürülmələrinə məhdudiyyətlər isə tamamilə aradan qaldırılmışdır.

Banklar oktyabr ayının demək olar ki, yarısından çox hissəsini fəaliyyət göstərməmişlər. Ötən həftə isə bank əməkdaşları fəaliyyətləri üçün təhlükəsizlik tədbirlərinin gücləndirilməsi tələbi ilə tətil etmişdilər.

Qeyd edək ki, oktyabr ayının ortalarından Livanda kütləvi etirazlar başlamışdır. Oktyabrın 29-da ölkənin Baş Naziri Saad Hariri etirazçıların təzyiqi altında istefa vermişdir.