• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Fransa portalı Dünya dini liderlərinin II Bakı Sammitindən yazdı

Fransanın http://www.agoravox.fr saytında “Bakıda dünya dini liderlərinin sammiti” adlı məqalə dərc olunmuşdur.

Məqalədə Fransada antisemitizm, xristianofob, islamofob mövzulara dair debatlar gündəmdə olduğu bir vaxtda Azərbaycanda Dünya dini liderlərinin II Bakı Sammitinin keçirildiyi bildirilmişdir. Sammitdə 70 ölkədən 25 ənənəvi din və dini təriqətin lider və təmsilçiləri, eləcə də beynəlxalq təşkilatları təmsil edən 500 nümayəndənin iştirak etdiyi vurğulanmışdır.