• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Cəlil Məmmədquluzadənin ev-muzeyinin təmirdən sonra açılışı oldu

Noyabrın 18-də Cəlil Məmmədquluzadənin ev-muzeyinin təmirdən və yeni tərtibatdan sonra açılışı oldu.

Açılış mərasimində mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev çıxış edərək Prezident İlham Əliyevin “Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamına əsasən ölkəmizdə silsilə tədbirlər keçirildiyini diqqətə çatdırdı.

Bildirdi ki, Mirzə Cəlil bütün yaradıcılığı ilə bərabər, həm də çox böyük azərbaycanlıdır: “O, Azərbaycanın ədəbiyyatı, maarifi, dilinin təmizliyi uğrunda çalışmışdır. Cəlil Məmmədquluzadənin irsinə nəzər salanda görürük ki, o və onun qələm yoldaşları bu xalq üçün çox böyük işlər görmüşlər. Bu gün onun ev-muzeyinin təmirdən sonra yenidən açılmasına görə çox sevinirəm. Bu gün muzeydə yeni ekspozisiyalar təqdim olunur. Düşünürəm ki, muzey gələcəkdə oradakı ekspozisiyalarının daha da genişləndirilməsində böyük rol oynayacaq".