• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Murmanskda “Dostluq bayramı” adlı milli mədəniyyətlər festivalı keçirildi

Ölkəmiz Fransada Azərbaycanın Dostları Assosiasiyasının təşkilatçılığı ilə noyabrın 15-17-də Paris şəhərinin ən görkəmli sarayı “Grand Palais” (Böyük Saray) də keçirilən “Festival du bien-manger” (Ləziz yeməklər festivalı) də təmsil olunmuşdur.

 120 yerli iştirakçı, 13 ölkə, 30-dan çox tanınmış aşpazın qatıldığı bu Festival Fransanın ən böyük beynəlxalq bazarı olan Rungisin (Rəngis) 50 illik yubileyinə həsr olunmuş mərasim çərçivəsində təşkil edilmişdir.

Festival iştirakçılarına milli şirniyyatlarımızın ən tanınmış növlərindən olan şəkərburanın hazırlanması qaydaları, habelə xəmirin hazırlanması, üstünün bəzədilməsi və sair nümayiş olundu. Təqdimat zamanı iştirakçılar arasında Azərbaycanla bağlı sual-cavab keçirilib və düzgün cavab verənlərə Heydər Əliyev Fondunun nəşr etdirdiyi kitablar hədiyyə edildi.