• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Türkiyə tərəfi Şimali Kiprin bayrağının yandırılmasına kəskin etirazını bildirdi

Kipr Sülh Hərəkatının 36-cü ildönümü ərəfəsində adanın yunan tərəfində Şimali Kiprin (ŞK) bayrağının yandırılmasını qətiyyətlə pisləyir və bu məsələdə ŞK-in rəsmi mövqeyini dəstəkləyirik.

Bu fikir Şimali Kipr bayrağının adanın yunan tərəfində yandırılması ilə bağlı açıqlamada əks olunmuşdur. Təəssüflə qeyd olunur ki, Cənubi Kipr rəhbərliyi törədilən xoşagəlməz və nifrət yaradan hadisəni qınamamışdır. Bu münasibət Cənubi Kiprdə baş verənlərin yunan tərəfindən rəsmi dəstəklənməsidir.