• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Ümidlər və proqnozlar: Ərdoğanın Vaşinqton səfərinin nəticələri

Bir sıra ekspertlər Türkiyə Prezidentinin Birləşmiş Ştatlara səfərini dünyanın mühüm siyasi hadisəsi kimi təqdim edirdi. Müzakirələrin faktiki olaraq Yaxın Şərqin geosiyasi mənzərəsini müəyyən edəcəyini proqnozlaşdırırdılar. Buna səbəb hər iki tərəfin səfər ərəfəsi aktual hesab etdikləri məsələləri açıq deməsi ilə bağlı idi. Həmin məsələlər isə doğrudan da olduqca əhəmiyyətli məqamlarla bağlıdır.

Türkiyəni maraqlandıran başlıca mövzu terrorla mübarizə və FETÖ-nün ABŞ-dakı mövcudluğuna son qoyulması idi. Amerika və Rusiyanın verdikləri vədlərə baxmayaraq, YPG/PKK qruplaşması Suriyada yaradılması nəzərdə tutulan təhlükəsizlik zonasından kənara çıxarılmamışdır. Terrorçular oradan Suriya Milli Ordusuna və Türkiyə əsgərlərinə hücumlar edirlər. Daha pisi isə odur ki, dinc insanlara qarşı terror törətməkdə davam edirlər. Bunun nəticəsində çox sayda vətəndaş həyatını itirib. Tel Abyadda, Rasulaynda və Qamışlıda törədilən terror aktları buna misaldır.