• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Bakıda “HR Summit Baku 2019” keçirilir

HR BAKU” MMC və Azərbaycan İnsan Resursları Assosiasiyasının (AİRA) birgə təşkilatçılığı ilə noyabrın 15-də Bakıda “HR ummiSt Baku 2019” beynəlxalq tədbiri keçirilir.

 Assosiasiyanın idarə heyətinin sədri Tural Məmmədov tədbir barədə geniş məlumat verdi. O, insan resurslarının inkişafı və idarə edilməsi barədə danışdı.

 700-dək iştirakçının qatıldığı HR sammitində beynəlxalq və yerli qurumların peşəkar mütəxəssisləri insan resurslarının idarəçiliyi üzrə ən yaxşı təcrübəni paylaşırlar. Sammit çərçivəsində məruzəçilər tərəfindən işçi sayının optimallaşdırılması, korporativ nüfuz, dəyişikliklərin idarə olunmasında və işçi məmnunluğunda HR-ın rolu, eləcə də digər aktual mövzular ətrafında geniş təqdimatlar gözlənilir.