• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Xalq şairi Sabir Rüstəmxanlının yeni kitabı - “Özümüzdən böyük sözümüz'”

Ömür kitabı” əsəri ilə Azərbaycan xalqının milli və yurdsevərlik duyğularının oyanmasında ciddi rol oynamış Xalq şairi Sabir Rüstəmxanlı hər yeni kitabı ilə ədəbi mühitdə böyük rezonans yaratmağı bacaran söz adamlarındandır. İstər şeirləri, istər publisistik yazıları, istərsə də nəsr əsərləri ilə böyük oxucu məhəbbəti qazanmış Xalq şairi dünən olduğu kimi bu gün də mənsub olduğu xalqın ömür kitabını yazmaqda davam edir. Bəlkə də yeni kitabını “Özümüzdən böyük sözümüz (ədəbi düşüncələr)” adlandırması heç də təsadüfi deyil. “Sözümüz doğurdan da özümüzdən daha böyük olduğu üçün kitabın adını belə seçdim. Sözümüz tarixin ən dərin qatlarından keçsə də özümüz o söz coğrafiyasını doldura bilmirik”,- deyir şair.

Azərbaycanın Xalq şairi, filologiya üzrə fəlsəfə doktoru Sabir Rüstəmxanlının ədəbi düşüncələrdən ibarət yeni kitabında dilimiz, ədəbiyyatımız, cəmiyyətimiz haqqında fikirləri, ədəbi-nəzəri məqalələri, eləcə də müxtəlif nəsilləri və müxtəlif xalqları təmsil edən tanınmış qələm sahibləri haqqında portret-oçerkləri toplanmışdır. Əsasən üç bölümə ayrılan (“Dil. Ədəbiyyat. Cəmiyyət”, “Yazıçının özü və sözü (ədəbi portretlər)” və “Sərhədlərdən o yana”) kitabın ilk hissəsində ana dilimiz, ədəbiyyatımız, eləcə də cəmiyyətlə bağlı geniş nəzəri yazılar yer almışdır.

“Qanun” nəşriyyatında nəfis tərtibat və yüksək poliqrafik səviyyədə işıq üzü görən kitabın redaktoru və “Prometeyin odu qoruduğu kimi” sərlövhəli “Ön söz”ün müəllifi Səhər Əhmədlidir.