• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

“İslam cihadı” qruplaşması və İsrail atəşkəs barədə razılığa gəldi

Misirin vasitəçiliyi ilə Fələstinin “İslam cihadı” qruplaşması və İsrail nümayəndələri arasında atəşkəs sazişi imzalandı.

 Qəzza sektorunda atəşkəs yerli vaxtla saat 05:30-da qüvvəyə minmişdir.

Noyabrın 13-də axşam saatlarında “İslam cihadı” qruplaşmasının Baş katibi Ziyad ən-Nəhl və BMT-nin Yaxın Şərq üzrə xüsusi əlaqələndiricisi Nikolay Mladenov mümkün atəşkəs barədə sazişin imzalanması üçün Qahirəyə gəldi.

Qeyd edək ki, noyabrın 12-də səhər saatlarında bombardman nəticəsində “İslam cihadı” qruplaşmasının nüfuzlu komandiri Baha Əbu əl-Ata və onun həyat yoldaşı həlak olmuşdur. Bundan sonra Fələstin qruplaşmaları və İsrail ordusu arasında toqquşmalar başlamışdır. Qəzza sektorundan İsrail ərazisi raket və minaatanlardan atəşə tutuldu, İsrail Hərbi Hava Qüvvələri isə anklav ərazisini güclü bombardmana məruz qoydu.

Son məlumata görə, İsrail ordusunun zərbələri nəticəsində azı 32 fələstinli həyatını itirmiş, 100-dən çox insan yaralanmışdır.