• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Türkiyə və ABŞ Prezidentləri mətbuat konfransı keçirdilər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda – Ağ evdə birgə mətbuat konfransı keçirdilər.

Jurnalistlərlə görüşdən əvvəl Prezidentlərin rəhbərliyi ilə hər iki ölkəni təmsil edən geniş tərkibli heyətlər işçi naharında bir araya gəldilər. Sonra dövlət başçıları birlikdə ABŞ senatının üzvləri ilə görüşdülər.

ABŞ Prezidenti Donald Tramp bildirdi ki, görüşdə Suriya böhranını gözdən keçirmişlər. Tərəflər Yaxın Şərqdə sülhsevər və azad vəziyyət yaratmağı hədəfləyirlər. Donald Tramp qeyd etdi ki, Türkiyə tərəfinin Rusiyadan aldığı S-400 kompleksi ilə bağlı danışıqlar davam edəcək.

Səfərin nəticələrini yüksək dəyərləndirən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirdi ki, Türkiyə və ABŞ Suriyada sülhə nail olmaq üçün əməkdaşlığı davam etdirə bilərlər. PKK/YPG terror təşkilatları Türkiyə-ABŞ arasında təhlükəsizlik bölgə məsələsində əldə etdikləri razılaşmaya zərbə vurmaq üçün silahlı təxribatlar törətməkdə davam edirlər. Bütün bunlara baxmayaraq, Türkiyənin Suriya ərazisində həyata keçirdiyi “Sülh çeşməsi” antiterror əməliyyatı uğurlu nəticələr verməkdədir. Türkiyə heç bir milli və dini ayrı-seçkiliyə yol vermədən ancaq terror təşkilatları ilə mübarizə aparır.