• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

İmadəddin Nəsimi - 40 qəzəl” kitabının təqdimatı keçirildi

Noyabrın 12-də Beynəlxalq Mətbuat Mərkəzində “Kitab Evi” İctimai Birliyinin nəşr etdiyi “İmadəddin Nəsimi – 40 qəzəl” kitabının və diskin təqdimatı keçirildi.

Kitab Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə icra edilən “İ.Nəsiminin farsca şeirlərinin Azərbaycan dilinə tərcüməsi və nəşri” layihəsi çərçivəsində “Kitab Evi” İctimai Birliyi tərəfindən nəşr olunmuşdur.

Tədbirdə çıxış edən “Kitab Evi”nin direktoru Adilə Nəzərova nəşr haqqında məlumat verdi. Bildirdi ki, Nəsimi poeziyanı ərəb və fars dilləri səviyyəsinə qaldıran, doğma türkcəmizdə yazan bir mütəfəkkirdir. Buna görə də bütün elm və tədris müəsissələrində Nəsimini təbliğ etmək olduqca təqdirəlayiqdir. “İctimaiyyət bu günə qədər dahi şairin əsasən Azərbaycan türkcəsində yazdıqlarını tanıyır. Onun fars dilində yazdıqları işıqlandırılmamışdır. Ancaq bu nəşrdə Nəsimi kimi mütəfəkkirin farsca yazdığı 40 qəzəlini orijinaldan tərcümə etmişik”, - deyə A.Nəzərova söylədi.

Kitabın bədii redaktoru, tərcüməçi-qəzəlxan, tarix elmləri doktoru, professor Şahin Fazil çıxışında bildirdi ki: “Nəsiminin özü və sözü insanları cəlb etsə də biz hər zaman hərfi tərcüməyə meyl göstərmişik. Ancaq bu dəfə çalışdım onun qəzəllərinə bir bədiilik qatım, onu düşündüyüm kimi tərcümə edim”.