• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

İranda bulyoz xəstəliyinə tutulan 15 uşaq sarğı satışmazlığı ucbatından həyatını itirdi

İranda bulyoz xəstəliyinə tutulan 15 uşaq sarğı satışmazlığı ucbatından həyatını itirdi.

Bu barədə məlumat verən bulyoz xəstəxanasının baş həkimi Həmidrza Haşemi bildirdi ki, ABŞ-ın sanksiyaları nəticəsində İran bu xəstəliyin müalicəsində istifadə edilən sarğıları idxal edə bilmir. O nəzərə çatdırdı ki, bu sarğı İsveçrənin “Milenni” şirkəti tərəfindən istehsal olunur. Sarğı materialı almaq məqsədilə şirkətə məktubla müraciət olunmuşdur. Lakin şirkətdən baş həkim H. Haşemiyə gələn cavab məktubunda bildirilmişdir ki, “İran ABŞ-ın sanksiyaları altında olduğuna görə “Milenni” şirkəti sizə sarğı və digər dərman preparatları sata bilməz”.

H. Haşemi BMT-yə müraciət edərək bu kimi antihumanist sanksiyalara son qoyulmasını tələb etdi.