• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri dördüncü ticarət məclisi keçirildi

Noyabrın 12-də Bakıda Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri dördüncü ticarət məclisi keçirildi.

Tədbirdə Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov, Birləşmiş Ərəb Əmirliklərinin İqtisadiyyat naziri Sultan bin Səid əl-Mansuri, digər qurumların təmsilçiləri, hər iki tərəfdən biznes nümayəndələri iştirak etdilər.

Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfiri Məhəmməd Əhməd Hamil Əl-Qubeysi ticarət məclisinin tərəfdaşlarının sayının ildən-ilə artdığını, hazırda məclisdə 50 şirkətin təmsil olunduğunu bildirdi.

Diplomat Azərbaycan və BƏƏ iş adamlarının əməkdaşlığından da danışdı.

Nazir Sultan bin Səid əl-Mansuri çıxışında bildirdi ki, hər iki ölkənin şirkətləri müxtəlif sərgilərdə öz məhsullarını qarşılıqlı təqdim edirlər. Bundan başqa, ölkələrimiz arasında qeyri-neft sektorunda ticarət əlaqələri sürətlə inkişaf edir.