• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Birləşmiş Ərəb Əmirliklərinin Paralimpiya Komitəsinin prezidenti Bakıya gəldi

Birləşmiş Ərəb Əmirliklərinin Paralimpiya Komitəsinin prezidenti, Beynəlxalq Paralimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü Məhəmməd Fadel Al Hameli Bakıda səfərdədir.

O, Heydər Əliyev Fondu və Milli Paralimpiya Komitəsinin birgə təşkil etdiyi Beynəlxalq Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş “Yenilməzlər” beynəlxalq qala təqdimatda iştirak etmək üçün Azərbaycana gəlmişdir.

Noyabrın 13-də Bakıda keçiriləcək qala təqdimatın başlıca məqsədi paralimpiya dəyərlərini təbliğ etməklə yanaşı, ölkədə fəaliyyət göstərən özəl şirkətlərin korporativ sosial məsuliyyət sahəsində stimullaşdırılmasıdır.