• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Bakı Ekspo Mərkəzində “Caspian Ecology” X Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi təşkil olunur

Noyabrın 13-də Bakı Ekspo Mərkəzində “Caspian Ecology” – X yubiley Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisinin açılışı oldu. Sərgi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, IDEA İctimai Birliyi və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən dəstəklənir.

 “Caspian Ecology” sərgisi dövlət sektorunu təmsil edən nümayəndələr, ekoloji məhsulların istehsalçısı, satıcı və istehlakçıları, o cümlədən sektor ekspertlərinin ənənəvi görüş yeri olmaqla yanaşı, faydalı əlaqələr qurmaq və ekologiya sənayesinin aktual təmayülləri ilə tanış olmaq üçün effektiv platformadır. “Caspian Ecology” sərgisi ilk dəfə 2010-cu ildə öz qapılarını ziyarətçilərin üzünə açmışdır. Həmin vaxtdan etibarən həm Azərbaycan, həm də region mütəxəssisləri arasında bu sərginin nüfuzu durmadan artır. Sərgi 10 illik uğurlu fəaliyyəti ərzində dünyanın 15 ölkəsindən 500-dən çox şirkəti bir araya gətirmişdir.