• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Bakı Uşaq və Gənclər Teatrı uşaqlar üçün online interaktiv tədbir keçirdilər

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Bakı Uşaq və Gənclər Teatrı “Miqrasiya Könüllüsü” İctimai Birliyi ilə birlikdə 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə uşaqlar üçün internet üzərindən interaktiv tədbir keçirdi.

Əyləncəli, intellektual və teatrlaşdırılmış tədbir Bakı Uşaq və Gənclər Teatrının “Facebook” hesabından canlı yayımlanmışdır.

Tədbir zamanı tamaşalardan hissələr, şeir, musiqi nömrələri təqdim edildi, Azərbaycanın ən məşhur illüzionisti sehrbaz Tofiq əmi isə maraqlı illüziya nömrələri ilə çıxış etdi.

Tamaşaçılar rəy bölməsində aktiv iştirak edərək verilən sualları cavablandırdı, hədiyyələr qazandılar.