• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsinə başlanıldı

Noyabrın 12-də Milli Məclisin növbəti plenar iclası keçirildi.

İclasda Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov və hökumətin üzvləri iştirak etdilər.

İclası açan Milli Məclisin Sədri Oqtay Əsədov “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi və büdcə zərfinə daxil olan digər qanun layihələrinin müzakirə ediləcəyini bildirdi. Gündəliyə 11 məsələnin daxil edildiyini vurğulayan Sədr bugünkü iclasın ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə qəbul edilən Konstitusiya Gününə təsadüf etdiyini dedi və bu münasibətlə iclas iştirakçılarını təbrik etdi.