• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Avropa İrs Mükafatına namizədlik qeydə alındı

"Orta əsr Ağsu şəhəri" Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlillinin Avropa Arxeoloqları Assosiasiyasının elan etdiyi Avropa İrs Mükafatına namizədliyi qeydə alınmışdır.

F.Xəlillinin namizədliyi "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi İdarə heyətinin üzvü, tarix elmləri doktoru, professor Qafar Cəbiyev tərəfindən irəli sürülmüşdür.

Tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli Azərbaycanda arxeoloji irsin öyrənilməsi, qorunması, təbliği və idarə edilməsi istiqamətində təşəbbüsləri ilə tanınır.