• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

“Xaliq Faiqoğlu” şirkəti 40 min sərnişinə tibbi maska payladı

Koronavirus pandemiyasının vüsət almağa başladığı ilk günlərdən sosial məsuliyyət dəyərlərinə sadiqlik nümayiş etdirən “Xaliq Faiqoğlu” şirkəti istismarında olan marşrut xətləri üzrə ümumilikdə 250-dən çox avtobusda 20 gün ərzində sərnişinlərə tibbi maskaların paylanması aksiyasını başa çatdırdı.

Mayın 11-31-də həyata keçirilən aksiya çərçivəsində ümumilikdə 40 min müvafiq sertifikatlı tibbi maska dayanacaqlarda və avtobuslarda sərnişinlərə təqdim edildi. Şirkət əməkdaşlarından ibarət mobil qruplar aksiya zamanı sərnişinlərin fikirləri, irad və təkliflərini də qeydə aldılar.

Qeyd edək ki, şirkət tərəfindən mütəmadi olaraq maarifləndirici aksiyalar keçirilir və bu tip tədbirlər bundan sonra da davam etdiriləcək.