• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Azərbaycan "Tokio 2020" Yay Paralimpiya Oyunlarına yeddinci lisenziyasını qazandı

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində paraatletika üzrə dünya çempionatı davam edir.

Çempionatın beşinci günündə azərbaycanlı idmançı, Paralimpiya çempionu Oloxan Musayev yarışlara qatılmışdır.

F56 kateqoriyasında lövhəatma yarışında paralimpiyaçımız 41,58 metrlik nəticə göstərmişdir. Yarışda dördüncü yerə çıxan O.Musayev "Tokio 2020" XVI Yay Paralimpiya Oyunlarına lisenziya qazanmışdır.

Beləliklə, Tokio paralimpiadasına lisenziya qazanan Azərbaycan idmançılarının sayı 7-yə yüksəlmişdir.