• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Belarusda parlament seçkiləri üzrə erkən səsvermə keçirilir

Belarusun Mərkəzi Seçki Komissiyası səsvermənin noyabrın 12-dən 16-dək, 5,6 min seçki məntəqəsində keçiriləcəyini bildirdi.

Komissiyanın məlumatına görə, Nümayəndələr Palatasına seçkilər üzrə ümumilikdə 5831 seçki məntəqəsi yaradılmışdır, onlardan 238-i sanatoriya, istirahət evləri, stasionar tibbi xidmət göstərən xəstəxanalarda yerləşir. Ölkə qanunvericiliyinə müvafiq olaraq, erkən seçkilərdə seçki günü öz daimi yaşayış yerində olmayacaq vətəndaşlar iştirak edə bilərlər. Mərkəzi Seçki Komissiyasının sədri Lidiya Yermoşina bildirdi ki, bu metod parlament seçkilərində vətəndaşların maksimum fəallığına nail olmaq üçün tətbiq edilir.

Nümayəndələr Palatasına seçkilər noyabrın 17-də keçiriləcək. Parlamentin aşağı palatasında olan 110 yerə 520 namizəd qeydə alınmışdır. Belarusda seçicilərin sayı 6,8 milyon nəfərdir, ölkənin hüdudlarından kənarda isə 3,6 min seçici var. Seçkilərdə min nəfər beynəlxalq müşahidəçi iştirak edəcək. Ən böyük müşahidəçi qrupu MDB və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunu təmsil edir. Seçkilərin gedişini, həmçinin 28 min yerli müşahidəçi izləyəcək.