• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Məhəmməd Cavad Zərif: Avropa hansı haqla İrandan öhdəliyə əməl etməsini tələb edir?

Böyük Britaniya, Fransa, Almaniya və Avropa İttifaqının (Aİ) xarici siyasət üzrə komisarı Federika Moqerini birgə bəyanatla çıxış etdilər. Bəyanatın müəllifləri İranın nüvə proqramının bərpası istiqamətində atdığı dördüncü addımdan narahat olduqlarını bildirdilər. Onlar rəsmi Tehranı 2015-ci ildə imzalanan razılaşmaya əməl etməyə çağırdılar. İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif buna cavab olaraq bildirdi ki, ölkəsi razılaşmaya əsasən üzərinə götürdüyü öhdəliklərə əməl etmişdir. Lakin, qarşı tərəf heç bir şərti yerinə yetirməmişdir. Avropa dövlətlərinin sazişin bir bəndini də yerinə yetirmədiyini bildirən nazir vurğuladı: “İran bir il gözlədi və ümid etdi ki, avropalılar heç olmasa öhdəliyinin bir qismini yerinə yetirər. Lakin heç bir nəticə olmadı. İndi Avropa ölkələrinin nazirləri hansı haqla İrandan öhdəliyə əməl etməsini tələb edirlər?