• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Qurban bayramı münasibətilə Azərbaycanın məscidlərində bayram namazı qılınıb

Qurban bayramı münasibətilə avqustun 12-də Azərbaycanın məscidlərində bayram namazı qılınıb.

, Azərbaycanda fəaliyyət göstərən bütün məscidlərdə, o cümlədən Bakının Təzəpir məscidində saat 08:00-dan etibarən bayram namazı qılınıb.

Yüz minlərlə insan məscidlərə axışaraq bayram namazı qılıb, dualar edib və Allahdan bağışlanmalarını diləyib. Həmçinin Azərbaycanın ərazi bütövlüyünün bərpası, ölkəmizin ən ağrılı yarası olan Dağlıq Qarabağ münaqişəsinin tezliklə həlli, ordumuzun torpaqlarımızı düşmən işğalından azad etməsi üçün dualar edilib.