• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Parisdə Rus Pravoslav Dini–Mədəniyyət Mərkəzində azərbaycanlı rəssamın əsərləri sərgilənir

Parisdə “Stella Art İnternational” Assosiasiyasının təşkilatçılığı ilə Rus Pravoslav Dini–Mədəniyyət Mərkəzində müxtəlif xalqları təmsil edən 15 rəssamın əsərlərindən ibarət “Görüş ruhu” (Esprit de rencontre) adlı sərginin açılışı oldu. Sərgidə azərbaycanlı rəssam Nigar Nərimanbəyovanın əsərləri də nümayiş etdirildi.

Tanınmış Azərbaycan rəssamı Vidadi Nərimanbəyovun işinin davamçısı olan N.Nərimanbəyova “Fantaziya” və “Şahzadə” əsərləri ilə sərgiyə qatıldı. Qeyd edək ki, N.Nərimanbəyova “Stella Art İnternational” Assosiasiyası yaranandan onun üzvüdür və assosiasiyanın təşkil etdiyi sərgilərdə onun əsərləri daim nümayiş olunur.

Sərgi noyabrın 25-dək davam edəcək.