• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Azərbaycan səfiri Malayziyada diplomatik heyətin duaeyni təyin olundu

Azərbaycanın Malayziyadakı səfiri Qaley Allahverdiyev noyabrın 7-də Kuala Lumpur şəhərində keçirilən mərasimdə bu ölkədəki diplomatik heyətin duaeyni seçildi.

Mərasimdə Malayziyada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri iştirak etdilər.

Əvvəlcə indiyədək bu vəzifəni icra etmiş Vatikanın Malayziyadakı səfiri Cozef Salvador Marino Azərbaycan səfirini tədbir iştirakçılarına təqdim etdi. O, Q.Allahverdiyevin təcrübəli diplomat kimi uzun illərdən bəri bu sahədə uğurlu fəaliyyət göstərdiyini, qarşıdakı dövrdə onun Malayziyadakı diplomatik heyətin ümumi işinə önəmli töhfələr vermək əzmində olduğunu bildirdi.

Sonra səfir Q.Allahverdiyev çıxış edərək diplomatik heyət tərəfindən ona göstərilən etimada görə təşəkkürünü bildirdi.